Ən böyük və ən kiçik ölkələr

Ən böyük və ən kiçik ölkələr



  • Dünyanın ən böyük ölkəsi Rusyadır. Paytaxtı Moskvadır. Onun ərazisi 17 milyon kvadrat kilometrdən bir qədər çoxdur və bu ərazi yer səthinin 10%-dən çoxdur. Bu ölkənin sərhədləri Avropadan başlayıb Şərqdə sakit okeana qədər uzanır. Rusiyanın bir tərəfində gündüz olanda, o biri tərəfində gecə yarısı olur. Ölkə ərazisinin böyük hissəsi iynəyarpaqlı meşələrlə örtülüdür. Təbii ehtiyatlar baxımından ən zəngin ölkə sayılir. Rusiyada 122 milyon nəfər əhali yaşayır ki, onların az qala üçdə biri müsəlmandır. Ən çox sayda müxtəlif xalqların yaşadığı ölkələr siyahısında Rusiya başçılıq edir. Bu ölkədə yuzdən çox xalq yaşayır.
  • Dünyada ən kiçik müstəqil dövlət isə Romada yerləşən və 0,33 kvadrat kilometr ərazisi olan Vatikandır. Ərazisi çox kiçik olsa da, Vatikan dünya katoliklərin mərkəzi hesab olunur. Çünki katolik kilsəsinin rəhbəri olan Roma papasının baş qərargahı Vatikanda yerləşir.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Dünya ölkələrinin paytaxtları

Dəvəquşu