Dəvəquşu
Dəvəquşu
El arasında belə bir məsəl var: Allah-Təala bir yandan alanda, o biri yandan verər. Ucsuz-bucaqsız Afrika çöllərinin gözəli-dəvəquşunun həyatına baxanda bu məsəl bütün aydınlığı ilə göz önünə canlanır.
Dəvəquşu quşların ən böyüyüdür, bir az da dəvəyə oxşadığından adının əvvəlində "dəvə" kəlməsi var. Quş olmağına quşdur, amma uça bilmir. Quş da ki, uça bilmədi, vay halına, tez bir zamanda çöllərdə dolaşan çox sayda ovçu heyvanlardan birinin yeminə çevriləcək. Amma bir iş də var ki, Allah-Təala dəvəquşuya uçmağın əvəzində sürətlə qaça bilmək qabiliyyəti verib, həm də elə bir sürətki, heç bir heyvan ona çata bilməsin. Uzun ayaqları və güclü əzələləri sayəsində dəvəquşu saatda 70 kilometr məsafə qət edə bilir. Dəvəquşunun hündürlüyü 3 metrə, çəkisi 60-70 kiloqrama çatır. Ən böyük quş yumurtası da elə dəvəquşu yumurtasıdır: 1,5 kq.
Yorumlar
Yorum Gönder