Azadlıq Heykəli

Azadlıq Heykəli
Bu gün dünyada ABŞ-ın rəmzi kimi tanınan Azadlıq heykəli Fransa-ABŞ dostluğunun ən bariz nümunəsidir. Nyu York yaxınlığindakı Havay adasında ucalan Azadlıq abidəsi ABŞ-ın rəmzi sayılır. Pyedestalla birlikdə 91,5 metr hündürlüyü olan bu abidənin gövdəsi möhkəm dəmir konstruksiya üzərində düzəldilmişdir. Abidənin daxilindəki metal konstruksiyanı Eyfel qülləsinin layihəsini hazirlamış fransalı mütəxəssis Eyfel hazırlamış, heykəlin əsas müəlliflik hüququ isə fransalı memar Frederika Oqyust Bartolda məxsusdur. Fransızlar bu abidəni amerikaləlara hədiyyə kimi hazırlamış, onu bütöv halda "Yeni dünya"ya apara bilmədikdə isə hissələrə bölərək gəmi ilə Nyu-Yorka daşimişlar. Təkcə heykəlin özünün (pyedestalsız) ağırlığı 204 tondur. Azdlıq abidəsi Nyu-York yaxınlığındakı adada quraşdırıldıqdan sonra 1886-cı ildı onun təntənəli açılış mərasimi keçirilmişdir.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Dünya ölkələrinin paytaxtları

Dəvəquşu

Ən böyük və ən kiçik ölkələr