Kayıtlar

Azadlıq Heykəli

Resim
Azadlıq Heykəli Bu gün dünyada ABŞ-ın rəmzi kimi tanınan Azadlıq heykəli Fransa-ABŞ dostluğunun ən bariz nümunəsidir. Nyu York yaxınlığindakı Havay adasında ucalan Azadlıq abidəsi ABŞ-ın rəmzi sayılır. Pyedestalla birlikdə 91,5 metr hündürlüyü olan bu abidənin gövdəsi möhkəm dəmir konstruksiya üzərində düzəldilmişdir. Abidənin daxilindəki metal konstruksiyanı Eyfel qülləsinin layihəsini hazirlamış fransalı mütəxəssis Eyfel hazırlamış, heykəlin əsas müəlliflik hüququ isə fransalı memar Frederika Oqyust Bartolda məxsusdur. Fransızlar bu abidəni amerikaləlara hədiyyə kimi hazırlamış, onu bütöv halda "Yeni dünya"ya apara bilmədikdə isə hissələrə bölərək gəmi ilə Nyu-Yorka daşimişlar. Təkcə heykəlin özünün (pyedestalsız) ağırlığı 204 tondur. Azdlıq abidəsi Nyu-York yaxınlığındakı adada quraşdırıldıqdan sonra 1886-cı ildı onun təntənəli açılış mərasimi keçirilmişdir.

Kainatımız

Resim
Kainatımız Planetlər Günəşin ətrafında fırlanır. Merkuri günəşə ən yaxın planetdir, burada tempratur müsbət 400-ə çatır. Günəşdən ən uzaq planet isə Plutondur. Elmə adı məlum olan planetlər bunlardır: Merkuri, Vemera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun, Pluton. Bu planetlərdən ancaq Yerdə həyat olduğu bildirilir. Belə ki, Günəşlə Yer arasındakı planetlərdə tempratur çox yüksək, Yerdən sonrakı planetlərdə isə çox soyuqdur. Həm də digər planetlərdə insan orqanizmi üçün lazım olan hava yoxdur. Günəşdən uzaqlaşdıqca planetlərdə günün uzunluğu da artır. Planetin Günəş ətrafında bir dəfə dövr etməsi bir il olur. Yer kürəsinin Günəş ətrafında dövr etməsi 365-66 gün çəkir. Ona görə də Yer kürəsində il 365-366 günə bərabərdir. Plutonun Günəş ətrafında dövr etməsi isə Yerdə 248,5 ilə tamam olur. Demək, Plutonun 1 ili Yerin 248,5 ilinə bərabərdir. Merkuri planetində isə bir il Yerdəki ildən bir neçə dəfə qisadır. Ən böyük planet Yupiterdir. Planetlərin çox sayda peykləri vardır. Ay ...

Dəvəquşu

Resim
Dəvəquşu El arasında belə bir məsəl var: Allah-Təala bir yandan alanda, o biri yandan verər. Ucsuz-bucaqsız Afrika çöllərinin gözəli-dəvəquşunun həyatına baxanda bu məsəl bütün aydınlığı ilə göz önünə canlanır. Dəvəquşu quşların ən böyüyüdür, bir az da dəvəyə oxşadığından adının əvvəlində "dəvə" kəlməsi var. Quş olmağına quşdur, amma uça bilmir. Quş da ki, uça bilmədi, vay halına, tez bir zamanda çöllərdə dolaşan çox sayda ovçu heyvanlardan birinin yeminə çevriləcək. Amma bir iş də var ki, Allah-Təala dəvəquşuya uçmağın əvəzində sürətlə qaça bilmək qabiliyyəti verib, həm də elə bir sürətki, heç bir heyvan ona çata bilməsin. Uzun ayaqları və güclü əzələləri sayəsində dəvəquşu saatda 70 kilometr məsafə qət edə bilir. Dəvəquşunun hündürlüyü 3 metrə, çəkisi 60-70 kiloqrama çatır. Ən böyük quş yumurtası da elə dəvəquşu yumurtasıdır: 1,5 kq.

Ünsiyyət Qurmağın Yeddi Sirri

Ünsiyyət Qurmağın Yeddi Sirri  Hər şeydən öncə özünə ina n . Bununla siz özünüzün bir tərəfdaş kimi nə qədər güvənli olduğunuzu göstərirsiniz. Daxili əminlik sanki xüsusi bir enerji kimi sizin çöhrənizdə şəfəq saçır və sizin əməkdaşlığa hazır olduğunuzu, həmçinin sizin dərhal məsələnin məğzini çözən işgüzar adam olduğunuzu göstərir. Uğurlu ünsiyyətin ikinci sirri etibar üzərində dayanır. Həmsöhbətin gözlərinə dik baxmaq çox vacibdir. Beləliklə siz göz (vizual) kontakt qurmuş olursunuz. Əgər insan gözlərini yayındırırsa ola bilsin ki, o ya yalan danışır, ya da söhbət onu maraqlandırmır. İnsanın öz adı kimi başqa heç bir söz onun könlünü oxşaya və ona müsbət təsir bağışlaya bilməz. Məhz buna görə də uğurlu ünsiyyətin üçüncü sirri tez-tez həmsöhbəti öz adı ilə çağırmaqdır. Amma nəzakətliliyi unutmayın. Əgər sizin müsahibinizə münasibətləriniz olduqca ciddi-işgüzar səviyyədədirsə, onu qardaşsayağı “Eliş” deyil, “Elşad müəllim” və ya “Elşad bəy” çağırmaq daha yaxşı olardı. Heç k...

Ən böyük və ən kiçik ölkələr

Resim
Ən böyük və ən kiçik ölkələr Dünyanın ən böyük ölkəsi Rusyadır. Paytaxtı Moskvadır. Onun ərazisi 17 milyon kvadrat kilometrdən bir qədər çoxdur və bu ərazi yer səthinin 10%-dən çoxdur. Bu ölkənin sərhədləri Avropadan başlayıb Şərqdə sakit okeana qədər uzanır. Rusiyanın bir tərəfində gündüz olanda, o biri tərəfində gecə yarısı olur. Ölkə ərazisinin böyük hissəsi iynəyarpaqlı meşələrlə örtülüdür. Təbii ehtiyatlar baxımından ən zəngin ölkə sayılir. Rusiyada 122 milyon nəfər əhali yaşayır ki, onların az qala üçdə biri müsəlmandır. Ən çox sayda müxtəlif xalqların yaşadığı ölkələr siyahısında Rusiya başçılıq edir. Bu ölkədə yuzdən çox xalq yaşayır. Dünyada ən kiçik müstəqil dövlət isə Romada yerləşən və 0,33 kvadrat kilometr ərazisi olan Vatikandır. Ərazisi çox kiçik olsa da, Vatikan dünya katoliklərin mərkəzi hesab olunur. Çünki katolik kilsəsinin rəhbəri olan Roma papasının baş qərargahı Vatikand a yerləşir.

Dünya ölkələrinin paytaxtları

Resim
Dünya ölkələrinin paytaxtları   Azərbaycan Bakı 2   Andorra Andorra la Vella 3   Almaniya Berlin 4   Argentina Buenos Ayres 5   Akrotiri və Dekeliya Episkopi 6   Anqola Luanda 7   Aland adaları Mariehamn 8   Aruba Oranjestad 9   Amerika Samoası Paqo Paqo 10   Antiqua və Barbuda Sent Cons 11   Amerika Virgin adaları Şarlotta-Amaliya 12   Albaniya Tirana 13   Angilya Valley B ] № Ölkələr Paytaxt 1   Bruney Bandar Səri Bəgavan 2   Beliz Belmopan 3   Barbados Brictaun 4   Belçika Brüssel 5   Burundi Bujumbura 6   Banqladeş Daka 7   BƏƏ Əbu-Dabi 8   Bermud adaları Hamilton 9   Botsvana Qaborone 10   Böyük Britaniya London 11   Bəhreyn Manama 12   Belarus Minsk 13   Baham adaları Nassau 14   Burkina-Faso Uaqaduqu 15   Benin Porto-Novo 16   Britaniya Virgin adaları Roud Taun 17   Bolqarıstan Sofiya 18 ...